Sağdan birinci odur... – Bir FOTOnun tarixi
Bizi izləyin

Qırmızı.az

Sağdan birinci odur... – Bir FOTOnun tarixi

Yəqin ki, fotoda gördüyünüz uşaqlardan heç birini tanımayacaqsınız. Açığı, heç biz də tanımadıq. Sonradan bildik ki, əslində, siz də, biz də onlardan ikisini çox yaxşı tanıyırıq. Publika.az xatırladır ki, bu yeniyetmələr sonradan Azərbaycanın ictimai-siyasi həyatında müəyyən rol oynayacaq şəxslərdir.

Sadəcə, siz də, biz də onları böyüdükdən, karyera pilləsində ucaldıqdan sonra tanıdıq. Fotoda sağdan birinci uşaq böyüdükdən sonra Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu katibi, Azərbaycanın ilk prezidenti, 77 yaşlı Ayaz Mütəllibovdur. Onun əynindəki idman köynəyi üç nömrəlidir.

Soldan birinci yeniyetmə isə böyüdükdən sonra Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının ilk prezidenti, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi olmuş 77 yaşlı Fuad Musayevdir. O, 4 nömrəli futbolçu köynəyini geyinib.

Təəssüf ki, fotodakı digər yeniyetmələrin kim olduqlarını müəyyən edə bilmədik.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm