İstehsalatda bədbəxt hadisələrin sayı azalıb
Bizi izləyin

Qırmızı.az

İstehsalatda bədbəxt hadisələrin sayı azalıb

Yanvar-oktyabr aylarında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,2 faiz, bu hadisələr zamanı xəsarət alanların sayı 40 faizə yaxın, istehsalatla əlaqəli qrup halında bədbəxt hadisələrin sayı isə 13 dəfə azalıb.

Publika.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bu ilin oktyabr ayında isə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı keçən ilin oktyabr ayı ilə müqayisədə 3,6 dəfə azalaraq 8-ə enib. Ay ərzində istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 3,2 dəfə azalıb. Habelə ötən ilin oktyabr ayında istehsalatla əlaqəli qrup halında 1 bədbəxt hadisə baş verdiyi halda, son bir ayda belə hadisə qeydə alınmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm