“Azəryolservis” hesabat verdi
Bizi izləyin

Qırmızı.az

“Azəryolservis” hesabat verdi

2015-ci ilin 9 ay ərzində 289,3 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib.

Publika.az xəbər verir ki, bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də 2015-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Cəmiyyətin sədr əvəzi Saleh Məmmədov bildirib.

2015-ci ilin 9 ayı ərzində 38 adda küçə və prospektdə 370,4 min m2 sahədə əsaslı təmir işləri aparılıb. Bakı şəhərinin 12 inzibati rayonu ərazisində 97,7 min m2 sahədə çala təmiri işləri yerinə yetirilib.

Ümumilikdə payız-qış mövsümündə, xüsusilə qarlı-şaxtalı havalarda avtomobil yollarına, prospekt və küçələrə xidmət üçün Bakı şəhərində 382 ədəd, respublika yollarına xidmət üçün 659 ədəd yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib. Bundan başqa tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri də davam etdirilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm