Qırmızı.az
Tovuzda maşınlar toqquşdu: 4 yaralı
Tovuz rayonunun Həzi Aslanov prospektində "VAZ 2106" markalı maşınla "VAZ 21011" markalı minik maşınları toqquşub.
Milli.Az Türkel TV-yə istinadən bildirir ki, qəza
nəticəsində 4 nəfər xəsarət alıb. "VAZ 21011"in sürücüsü, Ağstafa
rayon Köçəskər kənd sakini 24 yaşlı Röyal
Qurbanov, həmin maşında olan sərnişin, 30
yaşlı Vüsal Sadıqov və "VAZ 2106"da olan Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini,
25 yaşlı Müsəllim Hüseynov
isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz
Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Digər bir sərnişin
isə hadisə yerində ambulator müayinə olunaraq evə
buraxılıb.
Hadisədən yüngül xəsarətlə qurtulan "VAZ 21011"in
sürücüsü Röyal Qurbanov, həmçinin hadisə şahidləri qəzaya səbəb
kimi "VAZ 2106"nın yüksək sürətli olmasını göstərirlər. Qəzanın
dəqiq baş vermə səbəbini isə Tovuz Rayon Polis Şöbəsi
araşdırır.
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb