QHT-lərlə bağlı yeni QAYDA
Bizi izləyin

Qırmızı.az

QHT-lərlə bağlı yeni QAYDA

Azərbaycanda “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”ı təsdiq edilib.

Publika.az xəbər verir ki, qaydaya əsasən, qeyri-hökumət təşkilatı ianəni qəbul etdiyi gündən 15 (on beş) gündən gec olmayaraq, ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə (bundan sonra - reyestr) daxil etmək üçün Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Qaydada müəyyən olunur ki, qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 24-1.4-cü maddəsinə uyğun olaraq, ianə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı 200 (iki yüz) manatadək ianəni nağd şəkildə qəbul edə bilər.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunun 24-1.5-ci maddəsinə uyğun olaraq, barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.

Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilmiş ianə üzrə əməliyyatlar, həmin ianə barədə məlumatın reyestrə daxil edildiyini təsdiqləyən bildiriş əsasında aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm