Metropoliten sədri əmr verdi
Bizi izləyin

Qırmızı.az

Metropoliten sədri əmr verdi

“Bakı Metropoliteni” QSC payız-qış mövsümünə hazırlaşır.

Publika.az xəbər verir ki, QSC-nin sədri Zaur Hüseynov istismar təsərrüfatlarının payız-qış mövsümünə hazırlanması barədə əmr verib. Həmin əmrdə bütün xidmətlər üzrə görülməli olan işlər, tədbirlər, onların miqyası və məzmunu tam əhatəli və konkret göstərilməklə, vəzifələr müəyyənləşdirilib və icra müddəti qeyd olunub.

Artıq qışa hazırlıq planı yerinə yetirilib. Qarlı-şaxtalı günlərdə sərnişinlərin rahatlığı və təhlükəsizliyi ilə bağlı məsələlər, əsasən, qatarların hərəkətinin, eləcə də sərnişinlərin stansiyalara daxil olub-çıxması ilə bağlı olur. Bununla əlaqədar, qar və buz bağlayan yerlərin təmizlənməsi üçün stansiyalar müvafiq inventar, avadanlıq və materiallarla təmin edilib. Metropolitenin yeganə yerüstü stansiyası olan «Bakmil»də hazırlıq tədbirləri, bütün stansiyalarda işçi heyətinin hazırlığı məqsədilə təlimatlar keçirilib və təkrarən davam etdirilir.

Metro üçün qarlı günlərin ən mühüm məsələsi qatarların “Nərimanov” elektrik deposundan xəttə verilməsini və qəbulunu təmin etməkdir. Bununla bağlı, həmişəki kimi, yol xidmətinin nəzdində qarla mübarizə qərargahı yaradılıb. Onun bütün müvafiq avadanlıq, material və məmulatla təchizatı həllini tapıb. Yolların, xüsusən də yolayırıcıların və qovuşuqların təmizlənməsi üçün işçilərin siyahısı tutularaq, sahələr üzrə briqadalar müəyyənləşdirilib. Bütün avadanlıqlar, ləvazimatlar, geyim dəstləri, məişət əşyaları tələbata uyğun yoxlanılıb, bəziləri tam yenilənib, səliqə-sahman yaradılıb, sahələrdə təmir-bərpa işləri görülüb. Burada bütün avadanlıqlar, yenilənib. Radiorabitə üçün ilkin sınaqlar da aparılaraq tənzimlənib, radioqovşaqda müvafiq işlər yerinə yetirilib. Qarla mübarizə dövründə çalışacaq işçilərin qərargahdakı ən kiçik məişət məsələlərinə də diqqət ayrılıb və lazımi planlar tərtib olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm