Nəqliyyat Nazirliyinin bir atımlıq barıtı...
Bizi izləyin

Qırmızı.az

Nəqliyyat Nazirliyinin bir atımlıq barıtı...

Hər dayanacaqda 5 dəqiqə saxlayır, bəzən avtobusu yolda qoyub siqaret almağa gedir, metroların çıxışı isə sanki sevimli məskənləridir.

Bu sözləri paytaxtdakı avtobus sürücülərinin əksəriyyətinə şamil etmək olar. Bir müddət əvvəl nazirlik bu sürücülərə qarşı xüsusi reydlərə başladı. Xüsusən metro çıxışlarında yer üstündə dava edən, 5 saniyə artıq dayanmaq üçün həmkarlarından söyüş götürməyə razı olan və dayanacağı məskən seçən sürücülərə qarşı tədbirlər xeyli sərtləşmişdi. Rəsmi geyimdə olan bu işçiləri dispetçerlərdən fərqi qayda-qanuna tam əməl etmələri idi. Artıq sərnişin də, sürücü də qaydalara öyrənmişdi.

Lakin bu, uzun çəkmədi, son günlər dayanacaqlarda qayda-qanun yaradan bu şəxslər qeybə çəkilib. Avtobus sürücüləri əvvəlki vərdişlərinə geri qayıdıblar. Yenə də harada gəldi saxlayır, siqaret alır, metro çıxışlarını məskən seçirlər. Elə ki axşam saat 20:00-u keçdi avtobuslar yavaş hərəkət edirlər. Dayanacaqda nə qədər saxlamaq isə onların əhvalından asılıdır. Yolda maksimum sürətlə hərəkət edən sürücü, bəzən dayanacaqda 10 dəqiqəyə qədər dayanır. Bundan əziyyət çəkən isə sadə vətəndaş olur.

Bəs bu avtobuslara kim, necə nəzarət etməlidir?

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Publika.az-a bildirib ki, qanunvericilikdə avtobuslara nəzarət edəcək xüsusi şəxslərin olması göstərilməyib. Onun sözlərinə görə, sürücülər özləri hərəkət qaydalarını bilməlidir:

“Yol hərəkəti və sərnişindaşıma qaydaları ilə yanaşı, avtobusların müəyyən qrafiki var. Nəzarətçinin olub-olmamasından asılı olmayaraq sürücü qaydalara əməl etmələridir. Qrafik elə qurulmalıdır ki, avtobus sərnişinlər minən kimi hərəkət etsin. Bu prosesə yol polisi, nəqliyyat nazirliyinin avtomobil müfəttişləri nəzarət etməlidir. Bundan başqa, sahibkarlar özləri də sürücülərə nəzarət edə bilər”.

Ə.Hüseynov problemin illərdir belə qalmasını özbaşınalıqla əsaslandırır.

“Problem sahibkarlardadır, çünki onlar idarəçiliyi bacarmır. Avtobusu sürücülük hüququ olmayan, küçədən keçən insanlara etibar edirlər”.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı avtobuslarda müşahidə olunan bu problemlə bağlı vətəndaşlar tərəfindən onlara müraciət olmadığını bildirib:

“Ümumiyyətlə, dispetçerlər gün ərzində iş başında olurlar. Onlar müəyyən dayanacaqlarda avtobusların hərəkət qrafikinə nəzarət edirlər. Avtobusun uzun müddət dayanacaqda qalması real deyil, axı onlar qrafiklə işləyirlər. Birinin ləngiməsi digərlərinə problem yaradır. Bu halla qarşılaşan vətəndaşlar Bakı Şərnişin Nəqliyyatın 561 76 28(29) “Qaynar xətt” xidmətinə zəng etsinlər. Məlumat verilsə, dərhal dispetçerlə əlaqə saxlanılacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm