Azərbaycanda yeni gürzə peyda oldu
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda yeni gürzə peyda oldu

Azərbaycanda yeni gürzə növü aşkarlanıb.

Publika.az xəbər verir ki, AMEA Zoologiya İnstitutu, Herpetologiya laboratoriyasının əməkdaşlarının Quba-Xaçmaz zonasında apardıqları araşdırmalar zamanı Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq əraziləri üçün yeni, Gürzələr (Viperidae) fəsiləsinə aid olan ilan növü (Pelias lotiyevi – Lotiyev başıqalxanlısı) aşkar ediblər.

Bu növün dünya üzrə arealı Şimali Qafqaz regionudur və Böyük Qafqazın şimal yamacları boyu (Soçi ş. ətrafı) ərazilərindən Dağıstan-Azərbaycan sərhədinə qədər uzanan kserofit dağlıq ərazilərini (dən.səv. hünd. 1000-2500 m) əhatə edir. Lotiyev başıqalxanlısının Azərbaycanda da (Dağıstanla həmsərhəd dağlıq ərazilərdə) yayılması ehtimal olunurdu. Əldə edilən tapıntı sübut etdi ki, Gürzələr (Viperida) fəsiləsindən olan Lotiyev başıqalxanlısı Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb.

Hələlik bu növə Azərbaycanda yalnız Quba rayonu hüdudunda dəniz səviyyəsindən 1900-2300 m hündürlükdə yerləşən subalp dağlıq ərazilərində (Xınalıq kəndi ətrafı) rast gəlinib. Hazırda növün vertikal və horizontal istiqamətlərdə yayılmasını öyrənmək planlaşdırılır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm