Aynur Camal: “Onların xoşbəxtliyinin təməlini indidən ata bilərik”
Bizi izləyin

Qırmızı.az

Aynur Camal: “Onların xoşbəxtliyinin təməlini indidən ata bilərik”

“ASAN Könüllüləri” Təşkilatı “ASAN Məktub” adlı yeni layihəyə başlayıb.

Layihənin keçirilməsində məqsəd həssas qruplara aid uşaqlara sevinc bəxş etmək və ümumilikdə sosial məsuliyyət, eləcə də cəmiyyətə qayğı hissini daha da artırmaqdır.

“Uşaqlara ASAN sevgi” şüarı ilə sosial məsuliyyət hisslərini aşılayan bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsi ilə əhalinin sosial cəhətdən həssas qruplarına aid uşaqların arzu və xəyallarını gerçəkləşdirəcək. Layihə çərçivəsində 14 yaşadək sosial qayğıya ehtiyacı olan hər bir uşaq məktub yazacaq və yazdıqları məktublara xeyirxah insanlar tərəfindən cavab tapmış olacaqlar.

Ölkənin böyük media quruluşlarından olan Teleqraf Media Qrupu bu kampaniyaya bütün kollektivlə qoşulub. Qurumun rəhbəri Aynur Camalqızı deyib ki, bu işi kütləviləşdirmək, daha çox insanın diqqətini uşaqların qayğılarına yönəltmək istəyirlər: “Uşaqların məktublarının hər biri bədii əsər qədər təsirlidir. Onların dünyalarını rəngləndirmək, istək və arzularını yerinə yetirmək biz böyüklərin borcudur. Çünki qayğı əhatəsində böyüyən hər bir uşaqda özünə inam, güvən olur. Özünə güvənən insanlar isə ölkəsi üçün, dövləti üçün daha çox faydalı işlər görə bilərlər”.

Aynur Camalqızı bu qərara kollektivin əməkdaşları ilə birlikdə gəldiklərini qeyd edib: “ASAN könüllüləri”nin başladığı kampaniya ilə tanış olandan sonra əməkdaşlarla məsləhətləşdik və belə qərara gəldik ki, bütün kollektivlə birlikdə bu xeyirli işə biz də qoşulaq. Əməkdaşlarımız hər ayın sonunda maaşlarından gücləri çatan məbləğdə pul ayıracaq və biz yığılan pulla ehtiyacı olan uşaqların arzusunu yerinə yetircəyik. Heç kim deməsin ki, “mən verdiyim 5 manatla problem həll etmək olmaz”. Unutmayaq ki, dama-dama göl olar. Biz gücümüzü toplasaq, bu ölkənin sabahı olan balaların gələcək xoşbəxt həyatının təməlini indidən ata bilərik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm