Gəncədə andiçmə mərasimi
Bizi izləyin

Qırmızı.az

Gəncədə andiçmə mərasimi

Gəncədəki N saylı hərbi hissədə gənc əsgərlər şəxsi heyətin və valideynlərinin qarşısında Vətənə sədaqət andı içiblər. Andiçmə mərasimi hərbi hissənin döyüş bayrağının meydana gətirilməsi ilə başlayıb.

Publika.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrik məktubu oxunduqdan sonra hərbi hissənin komandiri çıxış edərək gənc əsgərləri hərbi xidmətdə nümunəvi olmağı, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmağı, komandir heyətinin əmrlərini dəqiq və vaxtında yerinə yetirməyi, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmağı tövsiyə edib.

Valideynlər adından çıxış edən Zülfüqar İbrahimov övladlarına Vətənin keşiyində ayıq-sayıq dayanmağı arzulayıb. Gənc əsgər Yusif Xəlilov hərbi anda son nəfəsədək sadiq qalacaqlarına söz verib.

Sonra Gəncə şəhər 39 nömrəli orta məktəbin şagirdləri Vətəni, müstəqilliyimizi, ordumuzu tərənnüm edən şeirlər söyləyiblər.

Rəsmi hissə başa çatdıqdan sonra əsgərlərin nümunəvi çıxışları olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm