Azərbaycan Texnologiya Universiteti iki xarici universitetlə əməkdaşlıq memorandumu imzalayıb - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Texnologiya Universiteti iki xarici universitetlə əməkdaşlıq memorandumu imzalayıb - FOTOLAR

Azərbaycan Texnologiya Universiteti 45 illik yubiley konfransında iki xarici universitetlə əməkdaşlıq memorandumu imzalayıb

Gəncə Heydər Əliyev Mərkəzində Azərbaycan Texnologiya Universitetinin 45 illik yubileyinə həsr olunmuş “Elm, təhsil və istehsalatın inteqrasiyası: müasir tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Publika.az-a daxil olan məlumata görə, Gəncə ŞİH, Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə baş tutan konfransda yerli və xarici qonaqlar, elm xadimləri, ictimaiyyət nümayəndələri və rəsmi şəxslər iştirak edib. Konfransı giriş sözü ilə açan YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev universitetin kollektivini 45 illik yubiley münasibətilə təbrik edib və deyib ki, bu gün sürətli inkişaf dövrünü yaşayan Gəncədə bütün qurumlar kimi ali təhsil ocaqları da forma və məzmunca yeni bir dövrə qədəm qoyur. Bunlardan biri də maddi-texniki bazasını və kadr potensialını gücləndirən, tədrisin keyfiyyətini artırmaq üçün durmadan çalışan Azərbaycan Texnologiya Universitetidir.

ATU-nun rektoru professor Akif Süleymanov isə çıxışında rəhbərlik etdiyi ali təhsil ocağının inkişaf yolu haqda danışıb. O, qeyd edib ki, ATU-nun həm yaranması, həm də keçdiyi bütün inkişaf mərhələləri məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 45 il əvvəl Azərbaycan Politexnik İnstitutunun filialı kimi fəaliyyətə başlayan bu ali təhsil ocağı 1981-ci ildə instituta, 2000-ci ildə isə universitetə çevrilib. Rektor bildirib ki, bu mühüm tarixi dövlərin hər birində ölkəyə rəhbrəlik edən ulu öndər Heydər Əliyevin ATU-nun teleyi ilə bağlı verilən qərarlarda böyük əməyi olub. Akif Süleymanov həmçinin qeyd edib ki, hazırda 4 fakültədə 21 ixtisas üzrə 2500-ə qədər tələbə və magistrantın təhsil aldığı ATU bu gün də həm Azərbaycanda, həm də bütün Qafqazda yeyinti və yüngül sənayə üzrə mühəndis-texnoloq və mühəndis-mexaniklər hazırlayan əsas ali təhsil ocağıdır. 240 nəfərlik professor-müəllim heyətinin çalışdığı ATU fəaliyyət profilinə uyğun olaraq dövrün tələblərinə uyğun yeni ixtisaslar üzrə kadr hazırlığına başlamağı qarşısına məqsəd qoyub.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Təhsil Naziriyinin nümayəndəsi Yaqub Piriyev kollektivi təbrik edib və təhsil naziri Mikayıl Cabbarovun konfrans iştirakçılarına müraciətini oxuyub. Sonra AMEA-nın akademiki Ziyad Səmədzadə, Gürcüstanın Beynəlxalq Qara Dəniz Universitetinin rektoru İlyas Ciloğlu, Türkiyənin Yıldız Texniki Universitetinin professoru Hanifi Saraç, Qafqaz Universitetinin rektoru Ahmet Saniç, GDU-nun rektoru Yusif Yusifov, "Az-Granata" Şirə və Şərab emalı zavodunun direktor müavini Vüqar Mikayılov da çıxış edərək ATU-nun 45 illiyini təbrik edib, bundan sorakı fəaliyyətində uğurlar arzu ediblər.

Konfransın gedişində ATU tarixindən bəhs edən film nümayiş etdirilib. Daha sonra ATU ilə Gürcüstanın Beynəlxalq Qara Dəniz Universiteti və Türkiyənin Yıldız Texniki Universitetləri arasında əməkdaşlıq memorandumları imzalanıb. Sonda qonaqlar tərəfiindən universitetə xatirə hədiyyələri, ATU adından isə bır sıra qonaq və iştirakçılara plaketlər təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm