Azərbaycanın güllələnmiş daxili işlər nazirinin həyat yoldaşı vəfat edib
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın güllələnmiş daxili işlər nazirinin həyat yoldaşı vəfat edib

Kabinetində güllələnərək qətlə yetirilən keçmiş daxili işlər naziri general-leytenant Arif Heydərovun həyat yoldaşı Ədilə Heydərova dünyasını dəyişib.

"Report" xəbər verir ki, Ə.Heydərova 30 ilə yaxın Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri işləyib.

O, yaşla əlaqədar 2006-cı ildə vəzifəsindən uzaqlaşıb.

Qeyd edək ki, Ədilə Xeyrulla qızı Heydərova Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Eyni zamanda, 2006-cı ildə dövlət başçısı ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, Arif Heydərov 1970-ci ildən 1978-ci ilə qədər Azərbaycan SSR-nin daxili işlər naziri işləyib.1978-ci il iyunun 30-da A.Heydərov kabinetində güllələnərək qətlə yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm