Qırmızı.az
Nazirlikdən növbəti internet AÇIQLAMASI
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ötən gün internetdə baş vermiş problemlə bağlı məlumat yayıb.
Nazirlikdən Publika.az-a daxil olan məlumata görə, noyabrın 16-da saat 16.00 radələrində Azərbaycan Respublikasının qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator – “Delta-Telekom” MMM Data Mərkəzinin əsas kabellərinin birində tüstülənmə baş verib. Hadisəyə dərhal reaksiya verilərək qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidməti də cəlb edilib. Hadisə zamanı açıq yanğın halları baş verməyib, kabellərin əriməsi nəticəsində yaranan tüstü avadanlıqlarda qismən nasazlıq yaradıb. Bununla əlaqədar sistemin ümumi işi dayandırılıb və nəticədə ölkədə internet əlaqəsində kəsinti yaranıb.
Hadisə zamanı ölkəmizin tranzit marşrutu üzrə fəaliyyətdə heç bir dayanma baş verməyib və normal xidmət göstərilməsi təmin olunub. Həmçinin digər operatorların alternativ kanalları üzrə ölkədə internet əlaqəsi mövcud olub və bu imkanlardan rabitənin təşkili üçün istifadə edilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, aidiyyəti digər dövlət orqanlarının nümayəndələri hadisə yerində olub.
Hadisə yerində tüstülənmənin baş verməsi və onun təxirəsalınmaz işlərinin dərhal başlamasına maneələrin yaratması səbəbindən internet əlaqəsinin bərpası vaxt tələb edib, gərgin və fədakar əmək nəticəsində saat 21.00 radələrində internet əlaqəsi bərpa olunub.
Hazırda ölkədə internet əlaqəsi bərpa edilib və bank sektorunda, dövlət təşkilatlarında və digər sahələrdə internet vasitəsilə göstərilən xidmətlərin fəaliyyəti, o cümlədən fərdi istifadəçilər tərəfindən istifadə təmin edilib.
Hadisənin fəsadların aradan qaldırılması üzrə tamamlama işləri davam edir.
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO