Terminologiya Komissiyası Ədliyyə Nazirliyini təkzib etdi
Bizi izləyin

Qırmızı.az

Terminologiya Komissiyası Ədliyyə Nazirliyini təkzib etdi

“Azərbaycanda qızlara Məhəmməd, oğlanlara Zəhra adının qoyulması yanlış məlumatdır”.

Bu sözləri Publika.az-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, yenidoğulanlara qoyulan adlar nəzarətdədir.

“2012-ci ildə Nazirlər Kabineti tərəfindən adların qoyulması haqqında xüsusi qərar qəbul edilib. Bu qərara Terminologiya Komissiyası bilavasitə nəzarət edir. Adlar sisteminin formalaşması xalqın mədəniyyətini, tarixini, onun etikasını etnik nöqteyi-nəzərdən təyin etdiyinə görə adlar xüsusi nəzarət altındadır. Həsənağa adının qızlara, Zəhra adının oğlanlara qoyulması kökündən yalnışdır. Adların qoyuluşunda belə bir proses müşahidə edilmir”.

S.Sadıqova son illər övladlarına bu cür adlar qoymaq üçün müraciət edənlərin olmadığını deyib:

“Müraciət olsaydı, bu barədə Terminologiya Komissiyasına məlumat verilərdi. Məhəmməd adı ilə bağlı yeganə müraciət “Məmiş”, “Mamed” adlarının qoyulması ilə bağlıdır. Bununla bağlı da qərar verilib. Lakin oğluna “Zeynəb” adı qoymaq üçün müraciət edən olmayıb. Artıq qadın və kişi adları formalaşıb. Kişilərə qoyulan adlarda mübarizlik, qızlarda gözəllik, incəlik mənalarının ifadə edilməsi diqqət mərkəzindədir. Bu gün heç kim oğluna “Zeynəb” adı qoymaq istəməz. Çünki bu ad tarixən qızlara qoyulub, müasir dövrdə bu adın oğlanlara qoyulması ənənə olaraq qəti qadağan edilib. Bu istiqamətdə işlər aparılır”.

O, mətbuatda yayılmış bu məlumatın Adlar Komissiyasının nəzarətində olduğunu və araşdırılacağını deyib:

“Bu məlumat birmənalı şəkildə yalan məlumatdır. Bundan başqa, bu istiqamətdə araşdırma aparacağıq. Bəlkə də, bu xüsusi qurumlar tərəfindən təxribat məqsədilə yayılmış məlumatdır. Yaxşı olar ki, saytlar həm öz, həm də xalqın mənafeyini qoruyaraq belə məlumatlara diqqətlə yanaşsınlar. Hazırda Dilçilik İnstitutu tərəfindən saytların monitorinqi də aparılır. Həmin monitorinqdə bu məlumatlar da nəzərə alınacaq”.

S.Sadıqova həm qızlara, həm də oğlanlara qoyulan adlarla bağlı da müəyyən dəyişikliklər olduğunu bildirib:

“Ənənəvi olaraq bizdə Arzu, Pərvin, İntizar, Məhəbbət kimi adlar həm oğlanlara, həm də qızlara qoyulur. Lakin son dövrlər statistik məlumatlar göstərir ki, Arzu və Məhəbbət adları daha çox qızlara qoyulur. Oğlanlara daha çox Amal adı qoyulur. Yəni adlar sistemində cins kateqoriyası nəzərə alınır. Bunlara bilavasitə Terminologiya Komissiyası nəzarət edilir.

Qeyd edək ki, Ədliyyə Nazirliyinə istinadən yayılan məlumata görə, son beş ildə 760 qadına, 7 kişiyə Aygün, 172 kişiyə, 4 qadına Səxavət, 288 kişiyə və 3 qadına Ədalət, 2802 kişiyə və 25 qadına Nurlan, 454 kişiyə və 4 qadına Rövşən, 13 902 kişiyə, 23 qadına Hüseyn, eyni zamanda, daha 23 qadına Məhəmməd, 20 minə yaxın qız verilib. Məlumatda bildirilib ki, son beş ildə Azərbaycanda 4201 kişiyə və 8 qadına Həsən adı verilib. İki qız uşağına isə Həsanağa adı qoyulub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm