Qırmızı.az
“Gənclik” metrostansiyası damır – FOTOLAR

Bakı Metropoliteninin “Gənclik” stansiyası damır.
Publika.az xəbər verir ki, stansiyanın keçidinin tavanında çatlar yaranıb və su içəri damır. Bu səbəbdən də keçidin döşəməsinin bir hissəsi islanıb.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Publika.az-a açıqlamasında bildirib ki, bu problem stansiyanın üstündə yeni ticarət mərkəzində aparılan təmir işləri ilə əlaqədar yaranıb: “Stansiyanın üstündəki ticarət mərkəzində təmir işləri aparılır. Buna görə də yağış suları keçidə sızıb. Lakin bu, bizim işimizə ciddi problem yaratmır”.
Nəsimi Paşayev qeyd edib ki, “Gənclik” metrostansiyasının yaxınlığındakı ticarət mərkəzində təmir işləri başa çatdıqdan sonra suların keçidə sızması aradan qaldırılacaq: “Bununla bağlı ticarət mərkəzinin işçiləri ilə də danışıqlar aparmışıq. İnşallah təmir işləri başa çatdıqdan sonra keçidə su sızmasının qarşısı alınacaq”.
Qeyd edək ki, “Gənclik” metrostansiyasının bu çıxışı bir neçə ay əvvəl təmirdən çıxıb.
Anar Tağıyev
Fotolar müəllifindir






-
İdman02:43
Yamal yeni nömrəsinə qovuşdu – VİDEO
-
Dünya02:00
7,1 bal gücündə zəlzələ oldu - Sunami xəbərdarlığı edildi
-
Qoroskop00:35
Günün ulduz falı: Gözlənilməz ideya maddi uğur gətirə bilər
-
ABŞ16 İyul 23:21
Trampın planı üzə çıxdı, dollar kəskin ucuzlaşmağa başladı
-
İdman16 İyul 23:05
Azərbaycanlı idmançı Rusiya vətəndaşlığından çıxarıldı
-
Hadisə16 İyul 22:14
Laçında meşə YANIR
-
Rəsmi xronika16 İyul 20:30
Əliyev və Berdiməhəmmədov “Sea Breeze”də - Fotolar
-
MDB16 İyul 19:50
Şıxlinski haqqında 2 ay həbs qətimkan tədbiri seçildi - Yeniləndi