Bu adlara da “quş” qoydular - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu adlara da “quş” qoydular - SİYAHI

Son dövrlər valideynlər övladlarına ən çox tarixi adlar qoymaqda maraqlıdır.

Bu sözləri Publika.az-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, uşaqlara “Alpər”, “Albars”, həmçinin türk mənşəli adlar qoymaq istəyirlər.

“Bu müraciətlərlə bağlı Terminologiya Komissiyasına məlumat verilir. Bəzən hər hansı adın mənşəyi məlum olmayanda araşdırırıq. Məqsədəuyğun hesab edilərsə, qoyulmasına icazə verilir. Son dövrlərdə tarixi şəxsiyyətlərin - Nizami, Fizuli, Vaqif, Məhsəti kimi adlar xatirə xarakterli qoyulur. Son dövrlər Məhsəti adının müəyyən qədər az qoyulması müşahidə edilir. Lakin Nizami, Vaqif, Fizuli kimi adlar ad sistemində daha çox öz əksini tapır. Bu həm də həmin şəxslərin xatirəsinə hörmət əlaməti olaraq qoyulur”.

S.Sadıqova onu da əlavə edib ki, bəzən valideynlərin seçdikləri adların qoyulmasına razılıq verilmir:

“Bu yaxınlarda “Kiar” adı ilə bağlı müraciət olmuşdu. Bu adın bu vaxta qədər adlar sistemində öz əksini tapmadığı və cizgi film qəhrəmanının adı olduğunu müəyyən edəndən sonra qoyulmasına razılıq verilmədi. Lakin “Tutma”, “Şüşəbənd”, “Cinayətkar”, “Stəkan” kimi adlar qoymaq istəyənlərə həm səslənməsinə, həm də mənasına görə icazə verilməyib. Hansı ki, bir vaxtlar “Kombayn”, “Ansambl”, “Limon” kimi adlar gülüş doğurduğuna görə qadağan edilmişdi. Son illər qızlara “Ayasofiya” adını qoymaq üçün müraciət olub, lakin buna razı olmamışıq. Çünki “Ayasofiya” “böyük kilsə” mənasındadır. Həmçinin məbədgah mənası da var və daha çox xristianlığa məxsusdur. Sofiya formasında verilməsi daha məqsədəuyğun hesab edilib. Bu da müdriklik deməkdir. Dilin qloballaşma şəraitində qorunması üçün adların qoyulması nəzarətdə olmalıdır”.

S.Sadıqova valideynlər tərəfindən yeni adların yaradılmasından da danışıb. Bildirib ki, valideynlərin təfəkkür tərzindən asılı olaraq yeni adlar yaradırlar:

“Bu məsələni dəstəkləyirik. Bir vaxtlar Cəfər Cabbarlı tərəfindən “Sevil”, “Balaş”, Səməd Vurğun tərəfindən “Aybəniz” adı yaradılıb. Ona görə də adların yaranmasına nöqtə qoymaq olmaz. Son dövrdə “Nuray”, “Nurgün”, “Aydan” adları xalq tərəfindən yaradılıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm