Nazir: "Lap Afrika şahzadəsi gəlsin, amma...”
Bizi izləyin

Qırmızı.az

Nazir: "Lap Afrika şahzadəsi gəlsin, amma...”

“İstər əcnəbi, istərsə də yerli vətəndaşlar ov edərkən Azərbaycan qanunlarına, adət-ənənələrinə hörmətlə yanaşmalıdırlar. Lisenziya alıb hər kəs ov edə bilər. Lap ərəb şahzadəsi, Afrika şahzadəsi gəlsin, amma qanunla ov etsin”.

Publika.az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ov məsələlərinə ciddi nəzarət edilir:

“Biz hesab edirik ki, ümuiyyətlə turizm inkişaf etməlidir. Nəzarət altında tənzimlənən ov, hətta biomüxtəlifliyin zənginləşməsinə də xidmət edir. Tutaq ki, insan fəaliyyəti nəticəsində balans pozulub, hansısa növ çoxalır, təbiətdə onun düşməni yoxdur və ya azalıb, məhv olub. Nəticədə təbiət onu tənzimləmir. Ov metodu ilə bunu tənzimləmək olur. Misal üçün, Azərbaycanın şimal-qərb zonasında, Böyük Qafqazın şimal-qərb ətəklərində yaxşı bir ovçuluq təsərrüfatı yaradıblar. Ona görə də dağ keçilərinin ovuna gələn ovçular effektli ov edə bilər. Eyni zamanda, həmin ərazilərdə, paradoks da olsa, heyvanların sayı artır. Çünki yaxşı nəzarət edirlər, qoruyucu tədbirlər görürlər, yerli əhali ilə izahat işi aparırlar. Biz onun tərəfdarıyıq ki, bütün hallarda Azərbaycan qanunlarına hörmət edilsin”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm