Qırmızı.az
“Kütləvi çıxarış” kampaniyası bu dəfə Abşeronda
Əmlak Məsələləri Dövlət Komitəsi yeni tikilmiş
çoxmərtəbəli binalarda mənzillərə dair kütləvi şəkildə çıxarışların
verilməsinə başlayıb.
Publika.az xəbər verir ki, bu dəfə “Kütləvi çıxarış” kampaniyasından Bakı şəhərindən sonra Abşeron rayon sakinləri də faydalana bilib. Xırdalan şəhərində mənzil sahibi olan 350-yə yaxın vətəndaşa kampaniya çərçivəsində qeydiyyat xidmətləri göstərilib. Əmlak Məsələləri Dövlət Komitəsi kampaniya çərçivəsində mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərini birbaşa vətəndaşların ünvanına çatdırıb. Xırdalanda yerləşən hündürmərtəbəli binada, komitənin xüsusi nəqliyyat vasitələrində 250-yə yaxın vətəndaşa onların mənzillərinə dair dövlət reyestrindən çıxarış təqdim olunub. 100-ə yaxın vətəndaş çıxarışla əvəz olunması məqsədilə ilkin mülkiyyət sənədlərini təhvil verib. Onlara yeni çıxarışların hazır olacağı tarix və həmin çıxarışların birbaşa ünvana gətirilərək təqdim olunacağı bildirilib. Mənzillərə, torpaq sahələrinə çıxarışların, texniki pasportların, yüklülük arayışlarının və digər sənədlərin əldə olunması ilə bağlı vətəndaşların verdiyi suallar cavablandırılıb, hüquqi məsləhətlər verilib.
Qeyd edək ki, kampaniya çərçivəsində qanunvericiliyə uyğun
olaraq yalnız istismara qəbul aktı olan yeni inşa edilmiş
çoxmərtəbəli binalardakı mənzillərə dair çıxarışlar verilir. Eyni
zamanda, bu xidmətlər üçün yalnız qanunla müəyyən edilmiş dövlət
rüsumu və xidmət haqları elektron qaydada və ya bank vasitəsilə
ödənildikdən sonra göstərilir. Həmçinin, birbaşa ünvanlarda təşkil
edilən bu kampaniya və yerlərdə qeydiyyat xidmətlərinin
göstərilməsi üçün dövlət rüsumu və xidmət haqqından əlavə heç bir
ödəniş tələb olunmur.
Çoxmərtəbəli binalardakı mənzil sahibləri qanunla müəyyən edilmiş
sənədləri, o cümlədən istismara qəbul aktını ərazi qeydiyyat
idarəsinə təqdim etməklə də, yalnız dövlət rüsumu və xidmət
haqlarını ödəyərək kampaniya çərçivəsində dövlət reyestrindən
çıxarış əldə edə bilərlər.
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR