Qırmızı.az
Kəmaləddin Heydərov Türkiyənin Quru Qoşunlarının komandanı ilə görüşüb
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov noyabrın 18-də Türkiyə Respublikasının Quru Qoşunlarının komandanı ordu generalı Salih Zəki Çolak ilə görüşüb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, qonağı səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, bu sahədə dost və qardaş Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıqdan bəhs edib.
Ordu generalı Salih Zəki Çolak səmimi görüşə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi Türkiyə Respublikası Quru Qoşunlarının aidiyyəti qurumlarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdən sonra qonaq nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalının fəaliyyəti ilə tanış olub.
-
Magazin104:44Dua Lipa balkonda dərin dekolteli mini libasda poza verdi - FOTO
-
İKT03:43"Google" daha güclü neyron şəbəkəsini TƏQDİM ETDİ
-
Magazin102:42Zaurun anası ilə VİDEOSU hər kəsi təsirləndirdi - VİDEO
-
Avropa02:12Şahzadə Londonda "sevgi dərsi" keçdi - FOTO
-
Art01:11Prezidentin qızları və gəlini "Gülçöhrə və Əsgər" tamaşasının premyerasında - FOTO
-
İdman00:45Şahruddin tənqidlərə cavab verdi: “Dili mükəmməl bilməsəm də...”
-
İdman00:15Millimiz Avropa çempionatının seçmə mərhələsində QƏLƏBƏ AZANDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, çox şeyi dəyişdirəcək































