AZAL Gəncəyə uçuşları dayandırmayacaq
Bizi izləyin

Qırmızı.az

AZAL Gəncəyə uçuşları dayandırmayacaq

"Azərbaycan Hava Yolları" (AZAL) Gəncəyə daha öncə dayandırılması planlaşdırılan uçuşları davam etdirəcək.

Bu barədə Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.

P.Kəsəmnskinin sözlərinə görə, uçuşlar sərnişinlərin xahişi nəzərə alınaraq davam etdiriləcək: "Bakı-Gəncə-Bakı reysi həftənin çərşənbə, cümə və bazar günləri "Embraer Е-170" sərnişin təyyarəsi ilə həyata keçiriləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm