Hafiz Paşayev: “ADA-da rusiyalı tələbələrin sayı daha çoxdur”
Bizi izləyin

Qırmızı.az

Hafiz Paşayev: “ADA-da rusiyalı tələbələrin sayı daha çoxdur”

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə ADA-da Azərbaycan – Rusiya universitetlərarası forum keçirilr.

Publika.az xəbər verir ki, forumda çıxış edən ADA-nın rektoru Hafiz Paşayev universitetin regionun ən yaxşı ali təhsil müəssisələrindən olduğunu deyib. Rektor rusiyalı qonaqlara ADA haqqında ətraflı məlumat verib:

“Təhsilin səviyyəsini yüksəltmək üçün xarici ölkələrlə də əməkdaşlığımızı davam etdiririk. Bizim akademiyada təhsil ingilis dilində aparılır. Bundan başqa, ABŞ, Avropa və Rusiyanın ali təhsil müəssisələrindən kadrları cəlb edirik”.

O, ADA-da təhsil alan rusiyalı tələblərin digər ölkələrin tələbələri ilə müqayisədə daha çox olduğunu bldirib.

Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov Rusiya və Azərbaycanın ali təhsil müəssisələrinin əməkdaşlıq təcrübələrini bölüşməsini yüksək qiymətləndirib:

“Biz artıq bəzi Rusiya ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalamışıq”.

UFA Dövlət Texniki Neft Universitetinin rektoru Ramil Baxtizin təmsil etdiyi ali məktəbdə azərbaycanlı tələbələrin təhsil almasına toxunub və onların sayının son illər artdığını bildirib.

Azərbaycan Memarlıq və İnşaat Unversitetinin rektoru Gülçöhrə Məmmədova bu forumun iki ölkə universitetləri arasında mühüm rol oynayacağını deyib:

“Yeni təhsil sistemi müxtəlif ölkələri təmsil edən ali təhsil müəssisələri arasında əlaqələrin formalaşmasına, təhsilin inkişafına təsir edir. Bizim ali təhsil müəssisəsi bir çox ölkələrdə tətbiq edilən təhsil modellərindən bəhrələnir. Bundan başqa, bizim ali təhsil müəssəsində bir çox xarici ölkələrin tələbələri təhsil alırlar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm