Tələbələr arasında şeir festivalı keçirilib
Bizi izləyin

Qırmızı.az

Tələbələr arasında şeir festivalı keçirilib

ADU Tələbə Gənclər Təşkilatı Vətənpərvərlər klubunun təşkilatçılığı ilə Şeir Festivalı keçirilib.

Publika.Az-ın məlumatına görə, festivalda iştirak edən bütün tələbələr özlərinə məxsus olan şeirləri səsləndiriblər. Şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyəti universitetim mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Zeynəb Kazımova və universitetin müəllimi Vahid Ərəbov idi. Festivalda 18 iştirakçı müxtəlif mövzularda şeirlərini səsləndiriblər.

Festivalda Pedaqoji, Filologiya və Jurnalistika, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri fəal iştirak edib. Yekun olaraq münsiflər heyətinin seçiminə əsasən Şeir Festivalının qalibi Pedaqoji fakültənin II kurs tələbəsi Nəbizadə Sevinc elan olunub. Qalibi Tələbə Gənclər Təşkilatının sədri Xıdır Kazımov Diplom və hədiyyə ilə qiymətləndirib. Digər bütün iştirakçılar isə gül və sertifikatlarla qiymətləndirilib.

Daha sonra universitetin tərbiyə işləri üzrə prorektoru Prof.Ələddin Əliyev və rektorun müşaviri Vazeh Əsgərov tələbələri festival keçirilməsi münasibətilə təbrik ediblər. Sonda Tələbə Gənclər Təşkilatının sədri Xıdır Kazımov tədbirdə iştirak edənlərə və festivalın təşkil olunmasında fəal iştirak edən tələbələrə təşəkkürünü bildirib və gələcəkdə də belə tədbirlərin davamlı olaraq keçiriləcəyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm