Kür üzərində yeni körpü tikilir
Bizi izləyin

Qırmızı.az

Kür üzərində yeni körpü tikilir

Ağstafa rayonu ərazisində 4 avtomobil körpüsünün tikintisinə başlanılıb.

“Azəryolservis” ASC –nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, körpülərin Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə Dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yollarının üzərində inşası planlaşdırılır. Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa ediləcək.

Kür çayı üzərində inşa ediləcək körpünün uzunluğu 194 metr, Ağstafaçay üzərində inşası planlaşdırılan körpünün uzunluğu 84 metr, Acıdərəçay üzərindəki körpünün uzunluğu 66 metr, dəmir yolu üzərindəki tikiləcək körpünün isə uzunluğu 34 metr olacaq.

Layihə Asiya İnkişaf Bankının ayırdığı kredit hesabına maliyyələşdirilir. Təqribən bir ay müddətində mobilizasiya işləri başa çatdırılaraq tikintiyə start verilməsi planlaşdırılır. Layihənin tikinti müddəti ilkin olaraq 2 il nəzərdə tutulub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm