4000 nəfərin ölkədən çıxışına QADAĞA
Bizi izləyin

Qırmızı.az

4000 nəfərin ölkədən çıxışına QADAĞA

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 53% artaraq 350 mini ötüb.

Publika.az-ın məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədovun “Azərbaycan” qəzetində nəşr edilmiş məqaləsində bildirilir.

Nazirin sözlərinə görə, görülmüş tədbirlər nəticəsində 160 mindən çox işin icrası təmin olunub, hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin həcmi 124 milyon manat təşkil edib, könüllü icra olunan işlərin sayı artıb.

F.Məmmədov həmçinin bildirib ki, qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan 3250 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən, 1800 nəfər inzibati qaydada həbs edilib, habelə 242 nəfər barəsində cinayət işi başlanıb, 4 mindən çox borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm