Nyu-Yorkda azərbaycanlı rəssamın fərdi sərgisi keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Nyu-Yorkda azərbaycanlı rəssamın fərdi sərgisi keçiriləcək

Azərbaycanın əməkdar rəssamı, “Qızıl Dərviş” və Humay mükafatları laureatı İsmayıl Məmmədovun ABŞ-ın Nyu-York şəhərində fərdi sərgisi təşkil olunacaq.

Publika.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, “Bakı və Nyu-York arasında körpü” adlandırılan sərginin açılışı noyabrın 24-də Nyu-York Azərbaycan Evində baş tutacaq.

İsmayıl Məmmədovun əsərləri Bakı və Nyu-York arasında “dostluq körpüsü” rolunu oynayır. Rəssam sulu boya, pastel və akril ilə işlədiyi bu əsərləri bu ilin son beş ayı ərzində Nyu-York şəhərində kətan üzərinə köçürüb.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəliyinin və Nyu-York Azərbaycan Evinin dəstəyi və təşkilatçılığı ilə keçirilir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm