Komitə uşaq problemlərini müzakirəyə çıxardı
Bizi izləyin

Qırmızı.az

Komitə uşaq problemlərini müzakirəyə çıxardı

“Bu gün uşaqların hüquqlarının qorunması üçün qanunvericilik bazası gündən-günə təkmilləşdirilir, uşaqlarla bağlı qəbul edilən milli fəaliyyət proqramları qəbul edilir. Ana və uşaqların sağlamlığının qorunması, insan alveri qurbanı olan uşaqların reabilitasiyası, uşaqların icbari dispanzerizasiyası istiqamətində qəbul edilən qərarları qeyd etmək olar”.

Publika.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Uşaq Hüquqları üzrə Konvensiyanın qəbul olunmasının 26-cı ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

A.Sofiyeva komitə tərəfindən aztəminatlı, sağlamlıq imkanı məhdud uşaqlar, xüsusilə erkən nikah, məişət zorakılığı ilə bağlı təhlillər aparıldığını bildirib:

“Aparılan işlər arasında milli mənəvi dəyərlərin qorunub saxlanması bu gün dünyada gedən proseslərin fonunda ən vacib məsələdir. Çünki bu gün cəmiyyətin gələcəyini təhlükə altına qoymaq istəyən qüvvələr ilk növbədə ailə dəyərlərinə zərər vururlar”.

A.Sofiyeva uşaqların fəallığının artırılması üçün Komitə tərəfindən görülən işlərə də toxunub.

Ombudsman Aparatının əməkdaşı Faiq Ağayev uşaqların problemlərindən danışıb:

“Bizi narahat edən əsas məsələ uşaq zorakılığıdır. Təəssüf ki, Azərbaycan ailələrində zorakılıq tərbiyənin bir növü kimi qəbul edilir. Lakin bu, sonradan uşağın zorakı insanların cəmiyyətinə atılması deməkdir. Bu gün uşaq tərbiyə müəssisəsində 30-dan çox uşaq var. Onların bu qədər olmasının səbəbi cəmiyyətin qüsurudur. Bundan başqa, uşaqların kommunikasiya vasitələrindən məlumatsız şəkildə istifadəsi məsələsi bizi narahat edir. Bu gün uşaqların kitabxanalardan, kitablardan uzaq olmasının bir səbəbi də kommunikasiya vasitələrinin həyatımızda rolunun artmasıdır. Biz kompüteri bilib robot düzəldən uşaqlar istəyirik”.

Ombudsman Aparatı rəsmisi bildirib ki, bu il ilk dəfə olaraq Milli Televiziya və Radio Şurası tərəfindən bütün televiziya kanallarının monitorinqini aparılıb. Bu ay ərzində telekanallar uşaqlarla bağlı məsələyə xüsusi diqqət ayırıb.

UNİCEF Uşaq hüquqlarının monitorinqi üzrə mütəxəssisi Tamerlan Rəcəbov uşaqlar üçün sosial xidmətin təşkili, yeniyetmələrin aktiv iştirakı, uşaq hüquqlarının monitorinqinin aparıldığını bildirib:

“Bu gün uşağa qarşı zorakılığa ailədaxili məsələ kimi yanaşılır. Lakin qərb yanaşmasında bu barədə məlumatı olan insanlar sosial işçilərə bu barədə məlumat verir. Azərbaycanda da uşaq hüquqlarının sadə vətəndaşlar tərəfindən qorunması son dərəcə vacibdir”.


Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm