ABŞ səfiri Qəbələdə plov yedi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

ABŞ səfiri Qəbələdə plov yedi - FOTOLAR

Qəbələyə son şəxsi səfərində ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta bölgənin bəzi gözəl yerlərini və dadlarını “kəşf” etdiyini deyib.

Publika.az ABŞ-ın ölkəmizdəki səfirliyinə istinadən xəbər verir ki, o, Tufandağın üstündə yerləşən xizək kurortunda 25 növ yerli meyvə, giləmeyvə və çərəz mürəbbələri ilə yanaşı, plov daxil olmaqla unikal yerli mətbəxdən zövq aldığını bildirib.

Sekuta həmçinin Qəbələdə Beltmann piano fabrikinə də baş çəkib. Qeyd edək ki, 1901-ci ildə Hollandiyada Johann Beltmann tərəfindən açılmış və qədim ənənəyə malik fabrik Qəbələdə 2008-ci ildən fəaliyyət göstərir və Beltmann-ın nəvəsi Hans Leferink tərəfindən idarə olunur.

Fabrikdə pianolar əllə düzəldilərək, "Azərbaycan istehsalı" kimi qürurla təqdim olunur. Səfir Sekuta Azərbaycanın gözəl yerlərini kəşf etmək məqsədilə, yenidən Qəbələni ziyarət etməyə ümid etdiyini vurğulayıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm