Tibb Universitetində yenilik
Bizi izləyin

Qırmızı.az

Tibb Universitetində yenilik

Tibb Universitetində sümük iliyi transplantasiyası şöbəsi yaradılıb.

Bu barədə Publika.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu gün akademik Əhliman Əmiraslanov Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasında yeni qurulmaqda olan sümük iliyi transplantasiyası şöbəsinə baş çəkərək işlərin gedişi ilə yerində tanış olub və öz tövsiyyələrini verib.

Qeyd edək ki, Tibb Universitetinin Tədris-terapevtik klinikasında yaradılan yeni şöbə kök hüceyrə toplanması, dondurulması üçün cihazlarla təchiz olunub. Sümük iliyi transplantasiyanın həyata keçirilməsi üçün xüsusi steril şərait və hepafiltrlə təchiz olunmuş bölmənin qurulması işləri sona çatmaqdadır.Şöbədə işləməsi planlaşdırılan ona yaxın həkim və tibb bacısı Türkiyə və Avropa ölkələrinin müxtəlif klinikalarında təkmilləşmə kursu keçib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm