800 manatlıq paltoya görə QALMAQAL
Bizi izləyin

Qırmızı.az

800 manatlıq paltoya görə QALMAQAL

Paytaxtda fəaliyyət göstərən kimyəvi təmizləmə məntəqələrindən biri Bakı şəhər sakini Afət Məmmədovanı ziyana salıb. Bunu Publika.az-a şikayət edən qadın özü deyib.

Onun sözlərinə görə, 800 manatlıq paltosunu Səməd Vurğun küçəsi, 85 ünvanında yerləşən “Era” kimyəvi təmizləmə məntəqəsinə verib. Paltosunun və digər paltarlarının kimyəvi təmizlənməsi üçün də 45 manat ödəyib. Lakin paltarlarını kimyəvi təmizləmə məntəqəsindən geri alanda, paltosunun sıradan çıxdığını görüb.

Məntəqənin işçiləri paltonu təmir etməyə söz versələr də, onu daha da korlayıblar. Bununla bağlı bir sıra qurumlara, o cümlədən, İqtisadiyyat və Sənaye, Vergilər nazirliklərinə müraciət edilib.

“Era” kimyəvi təmizləmə məntəqəsinin rəhbəri Həsən Məmmədov Publika.az-a bildirib ki, Afət Məmmədova paltosunu hələ yaz aylarında onlara təmizləməyə verib: “Biz də onun paltosunu təmizləmişik və özünə təhvil vermişik. İndi iddia edir ki, bu mövsümdə onu əyninə geymək istədikdə, görüb ki, üzərindəki ləkə getməyib. Buna görə də paltosunu yenidən qaytarıb. İşçilərimiz ondan pul almayıblar və yenidən paltonu təmizləyiblər. Paltonu bir neçə dəfə kimyəvi təmizləmədən keçirdik. Bütün dərmanlardan istifadə etdik. Lakin bu o demək deyil ki, paltonu korlamışıq. Bu, korlanma sayıla bilərmi?

Əgər o qadın özünü haqlı, ziyançəkmiş sayırsa, qoy məsələni hüquqi yolla araşdıraq. O, məhkəməyə müraciət etsin. Bunu araşdırmaq üçün ekspert ayrılsın. Prosesi yerində araşdırsın, rəyini bildirsin. Əgər bizi təqsirkar saysalar, hər şeyə hazırıq. Bütün mübahisələr hüquqi yolla araşdırılır”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm