İranın iki naziri Bakıda səfərdədir
Bizi izləyin

Qırmızı.az

İranın iki naziri Bakıda səfərdədir

İranın daxili işlər nazirinin müavini və ölkənin Böhranın İdarəetmə Təşkilatının sədri İsmail Nəccar noyabrın 24-də Bakıya səfər edib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, İ. Nəccar Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəsmi dəvəti ilə Xəzər dənizində fövqəladə hallarla mübarizə təlimlərinə baxış keçirmək üçün Bakıya səfər edib.

Səfirlikdən Trend-ə verilən digər məlumata görə, həmçinin İranın elm və təhsil naziri Əli Əsgər Fani noyabrın 23-dən 27-dək Bakıda keçiriləcək İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) 12-ci baş konfransı və İcraiyyə Şurasının 36-cı iclasında iştirak etmək üçün Bakıya səfər edib.

Məlumata əsasən həmçinin İranın Gilan əyalətindən bir qrup jurnalist Azərbaycana səfər edib. İranın tanınmış xəbər agentlikləri, televiziya və qəzetlərindən olan bu jurnalistlər Azərbaycanın tarixi, dini və turizm potensialları ilə tanış olacaqlar.

Qeyd edək ki, Azərbaycan 1991-ci ildən ISESCO-nun üzvüdür. 1991-ci ildə qurulmuş bu münasibətlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoyub və hazırda ən məhsuldar dövrünü yaşayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm