Bakı küçələrində 18 metrlik avtobus
Bizi izləyin

Qırmızı.az

Bakı küçələrində 18 metrlik avtobus

Bu gün Bakı küçələrində uzunluğu 18 metr olan yeni avtobus hərəkət edib. “Baku Bus” MMC-yə məxsus avtobus 170 sərnişin tutumuna malikdir.

“Baku Bus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Publika.az-a açıqlamasında avtobusun test mərhələsində olduğunu deyib:

“Bu avtobus yeni alınmayıb, sadəcə bu gün ilk dəfə sınaq üçün xəttə buraxılıb. Digər avtobuslar xəttə buraxılmamışdan əvvəl bir neçə gün test mərhələsində olur. Bu avtobusun sərnişin tutumu və uzunluğu fərqli olduğuna görə ola bilər ki, test mərhələsi bir neçə gün davam etsin. Lakin bu avtobusun nə vaxtdan xəttə buraxılacağı ilə bağlı qərar yoxdur”.

N.Allahyarova bildirib ki, avtobus 14 saylı marşrut xətti istiqamətində hərəkət edib.

“Bu marşrut xəttinin seçilməsinə səbəb yolun eni və sərnişin sıxlığı ilə əlaqədardır. Avtobusun hansı istiqamət üzrə hərəkət edəcəyi hələlik planlaşdırılmayıb. Sərnişinlər arasında da sorğu keçirilməlidir. Ola bilər ki, sabah da avtobus sınaq mərhələsində olsun. Daha sonra yekun qərar veriləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm