• USD 1,7000 0,00% EUR 2,0271 -0,00%
    • GBP 2,2728 -0,14% RUB 0,0225 0,00%

“Muğanbank”dan özünü yandıran kişi ilə bağlı AÇIQLAMA

“Muğanbank”dan özünü yandıran kişi ilə bağlı AÇIQLAMA

“Muğanbank”ın Binəqədi rayon filialının binasının qarşısında Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan 1981-ci il təvəllüdlü Malik Abbas oğlu Hüseynovun özünü yandırması faktı ilə əlaqədar həmin filialın rəhbərliyi baş ofisə çağırılıb.

Bu barədə Trend-ə “Muğanbank”ın Binəqədi rayon filialından məlumat verilib.

Baş ofisdən isə Trend-ə bildirilib ki, Binəqədi filialında, ümumiyyətlə, “Muğanbank” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur:

“Kütləvi informasiya vasitələrində 23.11.2015-ci il tarixdə “Muğanbank”ASC-nin Binəqədi filialının qarşısında Hüseynov Malik Abbas oğlu adlı şəxsin özünü yandırması ilə bağlı məlumat gedib. Məlumatda Hüseynov Malik Abbas oğlu adlı şəxsin bankdan pul götürərək avtomobil aldığı, pulu ödəyə bilmədiyi və avtomobilin bankın təqdimatı ilə polis tərəfindən müsadirə olunduğu bildirilir. Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə, “Muğanbank” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP-yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb. onların Malik Abbas oğlu Hüseynov adlı müştəriləri yoxdur”.

Respublika Yanıq Mərkəzindən Trend-ə verilən məlumata görə, yuxarı ətraf və nəfəs yollarının 3-4-cü dərəcəli yanığı diaqnozu qoyulan M.Hüseynov hazırda reanimasiya şöbəsindədir. Onun vəziyyəti çox ağır qiymətləndirilir.

Binəqədi rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı araşdırmalar başlanılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR