• USD 1,7000 0,00% EUR 2,0272 +0,13%
    • GBP 2,2760 +0,20% RUB 0,0225 0,00%

15 günlük körpə ürəyindən əməliyyat olundu - BAKIDA

15 günlük körpə ürəyindən əməliyyat olundu - BAKIDA

15 günlük körpə uşağın yuxu arteriyasından ürəyin qapaq əməliyyatı keçirilib. Nəticələr həkimlərin gözlədiyindən daha da yaxşı olub.

Publika.az xəbər verir ki, əməliyyat Ümumdünya Uşaq günü münasibəti ilə Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında “Uşaq həftəsi” aksiyası çərçivəsində keçirilib.

Aksiya ərəfəsində ürək-damar cərrahı R.Mahmudovun rəhbərliyi ilə yerli və xarici (İtaliyanın Milan şəhəri San Raffaele Hospitalı) həkim briqadaları tərəfindən 200-dən çox anadangəlmə ürək qüsurundan əziyyət çəkən xəstələrin müayinə və müalicələrin həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı 20-dən çox uşaq üzərində mürəkkəb açıq ürək əməliyyatların icrası gözlənilir. Bu əməliyyatların 12-si Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçiriləcək. Anadangəlmə ürək qüsüru olan 26 həftəlik körpənin əməliyyatı nəzərdə tutulub.

Aksiya eyni zamanda, təşviqat xarakterli tədbirlərin icrasını da nəzərdə tutur. “Uşaq həftəsi” çərçivəsində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən hazırlanmış, ölkə eləcə də dünya ictimaiyyətinin diqqətini anadangəlmə ürək xəstəliklərinə cəlb etmək məqsədi ilə hazırlanmış “Ürəklər susmasın” adlı sosial məqsədli video çarx müxtəlif televiziya kanallarında nümayiş olunacaq.

2015-ci ildən başlayaraq ölkəmizin bir neçə xəstəxanasında uğurla icra olunan əməliyyat sayı artıq 500-ə çatır. Son zamanlar bu sahədə əldə edilmiş müsbət dinamika, yaxın gələcəkdə ölkəmizdə bu problemin tamamilə həll olunacağına təkan verir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR