Sabah bu rayonlarda qaz olmayacaq
Bizi izləyin

Qırmızı.az

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bir neçə rayonda qaz olmayacaq.

“Azəriqaz” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, noyabrın 25-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Şimal DRES”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Giləzi”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Qaradəmirçi”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Dondarquşçu” və “Alabaşlı” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Məlumatda bildirilir ki, təmir işlərinin Bakının Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinin, eyni zamanda Tovuz, Göygöl, Bərdə, Samux, Şəmkir, Xızı və Siyəzən rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm