Qırmızı.az
Nazirliyinin Telefon Məlumat Mərkəzinə 500-dən çox müraciət daxil olub
İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə fevral ayında 500-dən çox müraciət daxil olub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə,
müraciətlər, əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər,
istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin
səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib.
Ümumilikdə isə indiyədək 195-2 Telefon Məlumat Mərkəzinə 24 mindən
çox müraciət edilib.
Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə
cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq
qaydada qeydiyyata alınaraq nazirliyin aidiyyəti strukturları
tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və
müvafiq tədbirlər görülür.
Qeyd edək ki, ölkənin istənilən ərazisindən stasionar və mobil
telefonlardan 195-2 Telefon Məlumat Mərkəzinə zəng etməklə
nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciətlərə
cavab almaq mümkündür. Telefon xidməti canlı rejimdə,
qanunvericiliklə təsdiq edilmiş iş günlərində, fasiləsiz olaraq
saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir. Mərkəz tərəfindən
göstərilən telefon məlumat xidməti ödənişsizdir.
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ