Qırmızı.az
Rusiya təyyarəsini "vuran" bakılı "pilot" - FOTO
Rusiyanın Su-24 təyyarəsinin Türkiyə qırıcısı tərəfindən
vurulması rusiyalı sosial şəbəkə istifadəçiləri tərəfindən qızğın
müzakirə olunur.
Sosial şəbəkə istifadəçiləri hazırda fəal şəkildə bir fotoşəkli
paylaşmaqdadır. Onlar bildirir ki, fotodakı şəxs guya Rusiya
təyyarəsinin vuran Türkiyənin F-16-sının pilotudur.
Yüz minlərlə rusiyalının paylaşdığı bu fotoda gənc bir adam
təsvir olunur. Hamı onu lənətləməkdə davam edir. Bir çoxları isə
hətta bir az da qabağa gedərək həmin şəxsi - bu “yaramaz hərbi
cani”ni tapıb öldürməyi təklif edir.
İş o yerə çatıb ki, bu müzakirələr hətta mətbuat səhifələrinə və Rusiya hüdudlarından kənara da çıxıb. Fotoşəkil artıq başqa ölkələrin sosial şəbəkələrində də qızğın müzakirə predmetidir.
Araşdırmalar isə yüz minlərlə rusiyalı sosial şəbəkə
istifadəçisinin kuryoz şəkildə yanıldığını ortaya çıxarıb. Məlum
olub ki, rusiyalıların “təyyarəni vuran türk pilotu” kimi qəbul və
təqdim etdiyi şəxs heç də F-16-nın şturvalı arxasında olmuş türk
pilotu yox, adi bakılı fotoqraf Vüqar İbadovdur və onun hərbi
aviasiyaya, ümumiyyətlə isə aviasiyaya heç bir aidiyyəti
yoxdur.
Bəs necə olub ki, Azərbaycanda yaşayan Vüqar İbadov Su-24-ü
vuran türk pilot kimi təqdim edilərək lənət hədəfinə
çevrilib?
Məlum olub ki, Vüqar İbadovun onu bu qədər “məşhurlaşdıran”
fotoşəkli azərbaycanlı və türk pilotların birgə iştirakı ilə
keçirilən TurAz təlimləri zamanı çəkilib. V.İbadov həmin fotoda
türk pilotunun formasındadır.
V.İbadov isə açıqlamasında deyib ki, şəklinin bu cür yanlış qəbul olunmasına özü də heyrətlənib: “Mən adi fotomüxbirəm. Mənim nə F-16, nə də Su-24-ə heç bir aidiyyətim yoxdur. Mən həmin şəkli təlimlərdən bir xatirə kimi çəkdirmişdim. Sadəcə olaraq, kimsə götürüb onu yayıb, nəticədə “məşhur” olmuşam. Diqqətlə baxın, fotoda yaxamda jurnalist vəsiqəm də var. Məncə, şəklim ətrafındakı bu hay-küy bir-iki günə səngiyəcək”. (Virtualaz.org)
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI