• USD 1,7000 0,00% EUR 2,0246 +0,54%
    • GBP 2,2714 +0,25% RUB 0,0225 +0,44%

Məktəblilər əl işlərini satışa çıxartdı

Məktəblilər əl işlərini satışa çıxartdı

Bakı şəhər 62 nömrəli məktəb-liseydə yarmarka keçirilib.

Publika.az xəbər verir ki, yarmarka Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkənin 54 məktəbində yaradılan “Məktəb icmaları” layihəsi çərçivəsində təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inkişaf layihəsinin sektor müdiri Lamiyə Şərəfxanova bu layihənin uşaqların sosial-psixoloji inkişafını dəstəklədiyini deyib: "Bu gün uşaqlar şəxsi təşəbbüsləri ilə yaratdıqları əl işlərini satışa çıxarıblar. Buradan gələn vəsait məktəbin hər hansı bir probleminə və uşaq evlərinə sərf ediləcək".

L.Şərəfxanova bildirib ki, bu tədbir məktəblərdə icma anlayışının formalaşması istiqamətində atılmış addımlardan biridir. Bundan sonra icma layihəsi daha çox “birgə dincələk, oxuyaq və inkişaf edək" -istiqamətində fəaliyyət göstərəcək. Yarmarkalarda 2, 7 və 8- ci sinif şagirdlərinin əl işlərindən ibarət əşyalar satışa çıxarılıb. Məktəblilərin təqdim etdikləri yeni il oyuncaqları, bəzək əşyaları, təbii dibçək gülləri, şirniyyat, kitablar, şəkillər və digər əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, "Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik" devizi altında təşkil olunan, məktəb həyatını daha maraqlı etmək üçün yaradılan müəllim, şagird və valideyn birliyidir.

Rübabə

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR