Azərbaycan torpaqlarının işğalı bəşəriyyətə qarşı cinayətdir
Bizi izləyin

Qırmızı.az

Azərbaycan torpaqlarının işğalı bəşəriyyətə qarşı cinayətdir

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı bəşəriyyətə qarşı cinayətdir.

Bu fikri ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri təşkilatın Baş Konfransının XII sessiyasının açılışındakı çıxışında söyləyib.

İnsanların öz yerlərindən didərgin salındığını, qətlə yetirildiyini, onların hüquqlarının pozulduğunu vurğulayan Əbdüləziz Osman əl-Tuveycri bildirib ki, vaxt artıq çoxdan yetişib. Bu cür cinayətlərin qarşısı alınmalıdır. Azərbaycanın vacib regionu işğaldan azad edilməlidir və ediləcək.

Baş direktor deyib: “Biz bilirik ki, erməni işğalı nəticəsində böyük dağıntılar baş verib. Onlar işğal olunmuş torpaqlarda dini, tarixi abidələri dağıdıblar. Buna görə də istərdik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşılsın. Çünki mütləq xarakterə malik olan dörd qətnamədə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarılması tələb edilir. Biz onun tərəfdarıyıq ki, bu torpaqlar tezliklə azad olunsun. Mən bütün regional dövlətlərə üzümü tutub deyirəm, biz bu işğala son qoymalıyıq, pozulmuş hüquqları bərpa etməliyik. Mən konfransdan xahiş edərdim, bir bəyannamə, qətnamə qəbul etsin və orada tələb olunsun ki, Ermənistanın silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlarından çıxarılsın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm