SON GÜN: Sabah onların müavinətləri kəsiləcək
Bizi izləyin

Qırmızı.az

SON GÜN: Sabah onların müavinətləri kəsiləcək

Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin dövlət tərəfindən verilən mənzillərdə yaşamayan məcburi köçkünlərə xəbərdarlığında nəzərdə tutulan müddət sabah başa çatır.

Komitədən Publika.az-a verilən məlumatda bildirilir ki, bəzi məcburi köçkünlər əvvəllər köçürmə obyektlərində yaşadıqlarını və orada müvəqqəti qeydiyyatda olduqlarını bəhanə edərək yuxarı instansiyalara mütəmadi müraciət edib, onlara yeni mənzillərin verilməsini təkidlə tələb ediblər. Lakin bir müddət keçdikdən sonra onların həmin mənzillərdən istifadə etmədikləri, mənzillərin boş qaldığı müəyyən edilib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin məcburi köçkünlər mənzilləri geri təhvil vermir, yaxud istifadəni təmin etmirlər.

Xatırladaq ki, Dövlətqaçqınkom bu qəbildən olan məcburi köçkünlərə noyabrın 19-da bir daha xəbərdarlıq edib ki, 10 gün müddətində həmin mənzillərdə yaşayışı təmin etməsələr və yaxud təhvil verməsələr onlara yemək xərci müavinətləri, kommunal xidmətlərə (elektrik enerjisi, qaz, su) görə ödənişlər müvəqqəti dayandırılacaq və mənzillərdə yaşayış bərpa edildikdən və ya təhvil verildikdən sonra ödənişlər bərpa ediləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm