Azərbaycanlı tələbələr Fransa universitetlərini fəth edirlər
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı tələbələr Fransa universitetlərini fəth edirlər

Noyabrın 28-də “EDU UNION” tədris mərkəzində Fransada təhsil almaq istəyən tələbələr üçün seminar keçirilib. Bu tədris mərkəzi ingilis və fransız dillərinin müxtəlif səviyyələrdə tədrisini həyata keçirir, habelə azərbaycanlı tələbələrin xarici ölkələrin nüfuzlu ali məktəblərində IELTS/TOEFL, GMAT/GRE, SAT, TCF, DELF/DALF proqramları üzrə keyfiyyətli təhsil almalarına kömək edir.

Seminarda kursların rəhbərləri və müəllimləri, jurnalistlər iştirak ediblər. Bildirilib ki, Fransanın müxtəlif universitetlərində ayrı-ayrı ixtisaslar üzrə 220 azərbaycanlı tələbə təhsil alır. Bu ölkənin ali məktəblərində oxumaq istəyənlərin sayı ildən-ilə artır.

Tədbirdə Azərbaycanda “Campus France” məkanının nümayəndəsi Batist Mino fransız ali məktəblərinə qəbul mərhələləri, əyani, qiyabi və distant təhsil formaları, mühüm sənədlərin hazırlanması, mənzil icarəsi, tibbi sığorta, viza alınması, CAF proseduru və digər məsələlər haqqında məlumat verib, tələbələrin suallarını cavablandırıb. Geniş məlumatı www.сampusfrance.org saytından öyrənmək olar.

“EDU UNION” tədris mərkəzinin rəhbəri Xətai Kərimli interaktiv formada məlumat verib ki, kurslar ingilis və fransız dillərinin innovativ, keyfiyyətli və sürətli tədrisini təklif edirlər. Bu, xarici ölkələrin ali məktəblərində texniki və humanitar ixtisaslar üzrə təhsil almağa imkan yaradır. Kursların fəaliyyətinə Fransa, Böyük Britaniya, ABŞ universitetlərinin məzunu olan gənc müəllimlər cəlb edilir. Müxtəlif yaş kateqoriyasından olan iştirakçılar dərc vəsaitləri ilə təmin edilirlər. Kurslar çərçivəsində ödənişsiz söhbət klubu fəaliyyət göstərir.

Qeyd edilib ki, kurslar Azərbaycanda xarici dillərin öyrənilməsinə olan tələbatın ödənilməsinə, gənclərimizin təhsil səviyyəsinin və ümumi inkişafının yüksəldilməsinə, onların ünsiyyət dairəsinin genişləndirilməsinə kömək edir.

Sonda tədbir iştirakçılarına “EDU UNION” kursları haqqında xüsusi mətbu materiallar paylanılıb. Geniş məlumatı www.edu-union.az saytından öyrənmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm