Ölən akademikin həyat yoldaşı evə buraxılır
Bizi izləyin

Qırmızı.az

Ölən akademikin həyat yoldaşı evə buraxılır

Akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva bu gün evə buraxılacaq.

Bu barədə Publika.az-a 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, artıq T.Hacıyeva özünə gəlib, lakin hələ də reanimasiyadadır. Bu gün həkimlərin son müayinəsindən sonra evə buraxılacaq.

T.Hacıyeva onunla birlikdə zəhərlənən həyat yoldaşının öldüyünü bilmir.

Qeyd edək ki, akademik Tofiq Hacıyev noyabrın 27-də dəm qazından zəhərlənərək ölüb. Onun həyat yoldaşı Tamara Hacıyeva isə huşsuz vəziyyətdə tapılıb. 79 yaşlı Tamara Hacıyeva dilçi alimdir, hazırda təqaüddədir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm