Müdafiə Nazirliyindən generallarla bağlı AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyindən generallarla bağlı AÇIQLAMA

Silahlı Qüvvələrin 4 generalının ordu sıralarından tərxis edilməsi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda deyir.

Bildirilir ki, general-mayor Qorxmaz Qarayev həqiqətən də “öz arzusu ilə” Ali Baş Komandanın sərəncamına əsasən ehtiyata buraxılıb.

Xəbərdə adları qeyd olunan digər 3 ali rütbəli zabit - general-mayor Fəxrəddin Cəbrayılov, general-mayor Rafiq Hüseynov və general-mayor Mirzə Almasov isə ordu sıralarından ehtiyata buraxılmaları üçün komandanlığa müraciət ediblər.

Müdafiə naziri tərəfindən general-mayor F.Cəbrayılov və general-mayor R.Hüseynovun Mərkəzi Hərbi Həkim Komissiyasının çıxardığı “xəstəliyə görə” rəyinə, general-mayor M.Almasovun isə “öz arzusu ilə” Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmaları barədə Ali Baş Komandan qarşısında vəsatət qaldırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm