Evlərə pulsuz telefon çəkilir
Bizi izləyin

Qırmızı.az

Evlərə pulsuz telefon çəkilir

Noyabrın 20-dən dekabrın 20-dək yüksək rabitə xidmətləri aylığı keçirilir və məqsəd daha keyfiyyətli xidmətlərin təşkil edilməsidir.

Publika.az xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

"Ay ərzində mənzilə eyni zamanda 2 ədəd yeni telefon çəkilişinin 1-nin, təşkilata eyni zamanda 3 telefon çəkilişinin 1-nin ödənişsiz sənədləşdirilməsi, CDMA nömrələrinin çəkilişinin ödənişsiz sənədləşdirilməsi, İPTV xidmətlərinin qoşulmasının ödənişsiz sənədləşdirilməsi, genişzolaqlı internet xidmətlərinin qoşulmasının ödənişsiz sənədləşdirilməsi, domen adlarının qeydiyyatı ilə bağlı kampaniyaların təşkilinə, əhali və təşkilatların bu xidmətlərdən hərtərəfli faydalanması üçün əlavə tədbirlərin görülməsinə diqqət artırılacaq”.

Nazir müavini bildirib ki, 1-2 MBit sürəti olan internet istifadəçiləri müraciət edib əlavə 1 Mbit sürət əldə edə bilərlər. Aylıq bitəndən sonra müqaviləni yeniləyib sürəti artıra bilərlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm