Qırmızı.az
Avtomobilinin qaçırıldığını bildirən şəxsin yalanı üzə çıxdı
Avtomobilinin qaçırılması barədə polisə yalan məlumat vermiş Şamaxı sakininin yol-nəqliyyat hadisəsi törətməsi müəyyən edilib.
Publika.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən
verdiyi məlumata görə, martın 19-da Şamaxı rayon sakini Allahyar
Qurbanov Nəsimi RPİ 19-cu PB-yə ərizə ilə müraciət edərək həmin gün
Moskva prospektindən "VAZ-2107" markalı avtomobilinin qaçırılmasını
bildirib.
Avtomobil həmin gün DİN BDYPİ əməkdaşları tərəfindən Bakı-Şamaxı
yolunun 12-ci km-də tapılıb.
Araşdırmalar zamanı martın 19-da Bakı-Şamaxı yolunun 10-cu km-də
A.Qurbanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Bakı şəhər
sakinləri Təzəgül Vəliyevanı və onun qızı Ayşəni vuraraq hadisə
yerindən qaçması və avtomobilinin qaçırılması barədə polisə yalan
məlumat verməsi müəyyən edilib.
-
İdman17:56
"Qarabağ" Lunyovla bağlı qərarını açıqladı
-
Sosial17:38
Bakıda dəhşətli intiharın detalları: Komendant mane olmaq istəyibmiş
-
Rəsmi xronika17:15
Prezident fərman imzaladı
-
Nida Xəbər 16:19
“Tərtər işi”nə görə bu hərbçilərə də hökm oxundu
-
Sosial15:36
Azərbaycanda yeni nazir təyin edildi
-
Sosial15:01
Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR
-
İdman14:06
Mbappe Madridə bu gözəllə köçəcək - FOTOLAR
-
Hadisə13:41
Bakıda dəhşət: 16-cı mərtəbədən özünü atan gənc komendantın üstünə düşdü - Hər ikisi...