Polisə odlu silahdan istifadəyə icazə verilir
Bizi izləyin

Qırmızı.az

Polisə odlu silahdan istifadəyə icazə verilir

Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisə yeni səlahiyyət verilir.

Bununla bağlı “Polis haqqında” qanuna təklif olunan əlavə layihəsi bu gün Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclasında müzakirəyə çıxarılacaq.

Qanunun 26-cı maddəsinə (Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq ediləcək. (APA)

Qanun layihəsi bu gün komitələrin birgə iclasında müzakirəyə çıxarılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm