Azərbaycan-Ukrayna gömrük əlaqələri genişlənir - FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycan-Ukrayna gömrük əlaqələri genişlənir - FOTO

Dekabrın 2-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkəmizdə səfərdə olan Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Publika.az xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açıb və qeyd edib ki, Azərbaycan-Ukrayna əlaqələrinin perspektivi böyükdür. DGK sədri Azərbaycanla Ukrayna arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Azərbaycan Gömrük Xidmətinin Ukrayna Dövlət Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran DGK sədri A.Əliyev bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov Azərbaycana yenidən səfər etməkdən məmnunluğunu bildirib, iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm