Qırmızı.az
Sosial təyinatlı ünvan layihəsi uğurla həyata keçirilir
Azərbaycan Respublikası Prezidentinin müvafiq
sərəncam və tapşırıqlarına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi
Azərbaycanda beynəlxalq standartlara uyğun yeni ünvan sisteminin
qurulması işini və ünvanvermə prosesini uğurla davam
etdirir.
Vətəndaşların, biznes qurumlarının, eləcə də dövlət orqanlarının gündəlik işində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ünvan məsələsidir. Ölkə üzrə ünvan sistemi hər şeydən əvvəl sosial əhəmiyyətli bir sistemdir. Təbii ki, müasir dövrün tələblərinə uyğun olaraq yeni ünvan vermə qaydalarının tətbiqi, inkişafda olan respublikamızın küçə və prospektlərinə estetik baxımdan şəhərin dizaynına uyğun ünvan lövhələrinin vurulması məsələsi günün tələbinə çevrilib.
İnsanlar axtardıqları obyektə istiqamət götürmək məqsədilə ünvan
məlumatlarından istifadə edirlər. Ünvan işi elə qurulmalıdır ki,
onun məlumatları yaşından, intellektual səviyyəsindən, peşəsindən
və s. asılı olmayaraq, bütün insanlar üçün rahat, istifadə edilə
bilən, dəqiq və aydın olsun. Başqa sözlə, ünvan məlumatları axtaran
şəxsə ünvan obyektinə tez, ən qısa yolla, vaxt itirmədən, rahat
çatmasını təmin etməlidir.
Digər tərəfdən, şəhər, qəsəbə və kəndlərdə aparılan genişmiqyaslı
tikinti-quruculuq işləri, əhalinin urbanizasiyası mükəmməl ünvan
sisteminin olması zərurətini artırır. Bu səbəbdən də, Azərbaycanda
ünvan axtarışı probleminin hər hansı məhdud yollarla deyil, inkişaf
etmiş dövlətlərdə olduğu kimi, ünvanaxtarma vasitələrindən istifadə
etməklə həll edilməsi məsələsi gündəmə gəlir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qısa müddət ərzində ölkədə müasir ünvan işinin qurulması istiqamətində bir çox işlər görülüb. Respublika üzrə ünvan reyestrinin aparılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının, coğrafi informasiya sistemlərinin tətbiqi ilə vahid ümumdövlət ünvan mənbəyi - Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) yaradılıb. Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, saxlanılması, ləğv edilməsi və digər fəaliyyətləri məhz bu sistem təmin edir. Sistemdə bütün daşınmaz əmlaklarla bağlı ünvan məlumatları, eləcə də küçə və prospektlər ilə bağlı digər məlumatlar rəqəmsal şəkildə toplanır.
Yeni ünvan sisteminin tətbiqi, daşınmaz əmlak obyektlərinə yeni yanaşmalar əsasında ünvanların verilməsi ölkəmizdə həyata keçirilən sosial yönümlü işlərin tərkib hissəsi olmaqla vətəndaşların sosial–məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Ünvan Reyestri İnformasiya Sistemi beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilməklə hazırlanıb.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkənin ünvan tarixində ilk dəfə olaraq, respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanıb, ünvanların elektron idarə edilməsinə nail olunub. Ünvan xəritəsindən çıxarış, obyektlərə ünvanların verilməsi işi elektronlaşdırılıb. Həmçinin, ünvanaxtarışında naviqasiya sisteminin tətbiqi üçün imkan yaradılıb. Bütün bunlar insanların rahatlığına xidmət edən sosial layihələrin tərkib hissəsidir.
Yeni qaydalara əsasən ünvan vermədə bu günədək qüvvədə olan
"bina ünvanı konsepsiyası" deyil, "giriş ünvanı konsepsiyası"
tətbiq olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə
ayrıca verilir. Bu Avropa standartlarına və qabaqcıl dünya
təcrübəsinə cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı
minimuma endirir. Hazırda Ünvan Reyestri İnformasiya Sistemində
ölkənin 6 şəhəri, 50 rayonu üzrə 6705 küçə və prospektindəki
daşınmaz əmlak obyektlərinə yeni qaydalara uyğun təyin edilmiş
603126 giriş ünvanı, 335037 ədəd daxili ünvan məlumatları
mövcuddur. O cümlədən, Bakı şəhərinin 758 küçə və prospektində,
Gəncə şəhərinin 846 küçə və prospektində, Sumqayıt şəhərinin 195
küçə və prospektində yeni qaydalara uyğun ünvanvermə işi
yekunlaşıb. Bütün bu məlumatlar Ünvan Reyestri İnformasiya
Sisteminə daxil edilib.
Komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti
tərəfindən 45 rayonun 1259 kənd yaşayış məntəqələri üzrə 13527
adsız küçə formalaşdırılıb. Yaxın 2 ay ərzində onların
adlandırılması ilə bağlı müvafiq rayon icra hakimiyyəti orqanlarına
müraciət olunacaq.
Bunlarla yanaşı, Azərbaycanda ünvan lövhələrinin müasir
standartlara uyğun olaraq yeni dizaynda quraşdırılması işi həyata
keçirilir. Hazırda komitə tərəfindən yeni dizaynda informasiya,
park informasiya lövhələrinin və küçə istiqamətləri qurğularının
küçə və prospektlərdə, parklar və xiyabanlarda quraşdırılması
işləri davam etdirilir. Bakı şəhərində 340 ədəd nəqliyyat
infrastrukturu obyektində ünvan lövhəsi, 5 ədəd informasiya
lövhəsi, 16 ədəd park informasiya lövhəsi, 30 ədəd küçə istiqamət
nişanları quraşdırılıb.
Ölkədə Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması
nəticəsində bir sıra nailiyyətlər əldə edilib. Ünvanlar haqqında
mərkəzləşdirilmiş rəsmi informasiya bazası formalaşdırılıb. Ünvan
məlumatlarının vahid mərkəzdən elektron idarə olunması təmin
edilib. Ünvan məlumatlarının axtarışı sistemi sadələşdirilib,
ünvanlar haqqında istənilən anda çevik və müfəssəl məlumat əldə
etmək imkanı yaranıb. ÜRİS digər məlumat bazaları,
axtarış-informasiya sistemləri, reyestrləri (əhalinin, hüquqi
şəxslərin, daşınmaz əmlakın reyestri və s.) ilə əlaqələndirilmiş
şəkildə fəaliyyət göstərir. Ünvan işini aparan orqan tərəfindən
vətəndaşlara, hüquqi şəxslərə və bələdiyyələrə elektron ünvan
xidmətlərinin göstərilməsi təmin edilib. Sistem vasitəsilə
küçələrin və prospektlərin kodlaşdırılması nəqliyyat infrastruktu
obyektlərinin adlarının dəyişdirilməsi zamanı ortaya çıxan bir çox
problemləri aradan qaldırır.
Yeni ünvan sisteminin yaradılması ünvanların tez və rahat tapılmasına imkan verəcək, eləcə də müxtəlif xidmətlər göstərən dövlət qurumlarının işini asanlaşdıracaq. Təcili tibbi yardım, yanğınsöndürmə və polis kimi xidmətlər axtardıqları ünvanları daha rahat tapa biləcək və vaxt itirilməsi nəticəsində bədbəxt halların baş verməsinin qarşısı alınacaq. Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) imkanlarından istifadə etməklə taksilərdə, digər nəqliyyat vasitələrində quraşdırılacaq GPS cihazları ünvan axtarışını xeyli asanlaşdıracaq.
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır