“Azəriqaz” vətəndaşlara müraciət etdi
Bizi izləyin

Qırmızı.az

“Azəriqaz” vətəndaşlara müraciət etdi

Ötən gün əsən güclü külək qaz təsərrüfatına heç bir ziyan vurmayıb.

Bu barədə Publika.az-a “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib.

Onun sözlərinə görə, qazın verilişində heç bir məhdudiyyət yoxdur:

“Bizim vaxtında gördüyümüz qabaqlayıcı tədbirlər nəticəsində ötən gün əsən şiddətli külək qaz təsərrüfatında heç bir problem yaratmayıb. Əgər fərdi yaşayış evlərində qazla bağlı hər hansı problem olarsa, o zaman vətəndaşlar bizim qaynar xəttimizə zəng edə bilərlər. Qəza xidmətimiz 24 saat fəaliyyət göstərir”.

Bəzi ərazilərdə qaz borularının üzərinə aşan ağacların yaratdığı problemə gəlincə, İ. Kərbəlayev bildirib ki, bu, qaz təsərrüfatı üçün ciddi problem yaratmır və problem yaxın saatlarda aradan qaldırılacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm