Qırmızı.az
Matəm günü qanunvericiliyi pozan TV-lər cəzalandırılacaq
“Dünən bəzi televiziya kanallarında "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulub. Hazırda bununla bağlı tərəfimizdən arayış hazırlanır. Bu məsələ Şurada müzakirə olunacaq”.
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 20.8 bəndinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində teleradio proqramlarında (verilişlərində) reklam yayımlanması qadağandır: “Televiziyaların xəbər departamentləri, rəhbərlik artıq faciədən xəbərdar idilər. Hətta elə telekanallar olub ki, dünən günorta saatlarında, 15-16 radələrində efirdə reklam veriblər. Saat 11-ə qədər efirə verilən reklamları haradasa başa düşmək olardı, lakin 12-dən sonra reklamları dayandırmamaq heç bir məntiqə sığmır”.
T. Dadaşov qeyd edib ki, matəm günü telekanalların efirində şou proqramlar yığışdırılıb.
Qeyd edək ki, matəm günü "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin bəzi telekanalında pozulduğu deyilir.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə dekabrın 6-da Azərbaycan ərazisində matəm elan edilib.
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı