Azərbaycanda mobil telefon fırıldaqçıları “peyda” olub
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda mobil telefon fırıldaqçıları “peyda” olub

Şəbəkə şəklində fəaliyyət göstərən fırıldaqçılar Azərbaycanın mobil operatorlarının abunəçilərini tora salıblar.

Şəbəkə şəklində fəaliyyət göstərən fırıldaqçılar Azərbaycanın mobil operatorlarının abunəçilərini tora salıblar.

Beynəlxalq mobil dələduzlar Azercell abunəçilərinə rus dilində “Zdravstvuyte, pozvonite mne sroçno” SMS-i göndərir, geriyə zəng etmək üçün də telefon nömrəsi qoyurlar. Belə SMS-lərdən biri Azercell abunəçisinə +4673170184 nömrəsindən gəlib və ona 006745599387 nömrəsinə təcili zəng etməsi bildirilib.

Bu cür faktlar xeyli sayda qeydə alındığından, Azercell şirkəti öz Facebook səhifəsində abunəçilərinə xəbərdarlıq ünvanlayıb: “Hörmətli abunəçilər, son günlər Azercell şəbəkəsi istiqamətində beynəlxalq mobil dələduzlarının fəallaşmasını nəzərə alaraq, sizə diqqətli olmağı tövsiyə edirik. Bununla əlaqədar tərəfimizdən bütün müvafiq tədbirlər görülür.

Şübhəli məzmunlu SMS-lərə geri dönüş etməməyi, həmin SMS-də göstərilən beynəlxalq nömrələrə zəng etməməyi məsləhət görürük. Əks halda, nömrə hesabınızda böyük məbləğdə borc yarana bilər”.

Abunəçilər şirkətin həyata keçirdiyi yeni kampaniya, tarif planları və digər məhsullar barədə Azercell-in rəsmi saytı, Facebook səhifəsi və mətbuat kanallarından daha ətraflı məlumat ala bilərlər. Bayram günlərində dələduzların toruna düşmək istəmirsinizsə, ayıq-sayıq olun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm